İdman

"Fənərbağça"ya pis xəbər: əsas ulduzu ZƏDƏLƏNDİ

23 Mart 2025 12:46
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko burnundan zədələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  37 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində Rumıniyaya qarşı matçda xəsarət alıb və fasilədə əvəzlənib.

"Fənərbağça"nın futbolçusunun müayinələrdən sonra burnunun sındığı müəyyən edilib. O, müalicəsini İstanbulda davam etdirəcək və təxminən 10 gün meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina seçmə mərhələyə səfərdə Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qələbə ilə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.