İdman

Yayda “Qarabağ“a gəldi, indi də müqaviləni pozmaq istəyir

22 Fevral 2025 23:04
Baxış: 1 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tezliklə "Qarabağ"ı daha bir futbolçu tərk edə bilər.

Milli.Az xəbər verir ki, Sadiq Məmmədzadə ötən ilin iyununda müqavilə bağladığı klubla yollarını ayırmağa hazırdır.

20 yaşlı qapıçı bu məqsədlə ilk cəhdini edib. "Səbail"in Futbol Akademiyasının yetirməsi rəsmilərlə görüşərək, 4 illik kontraktı pozmaq istəyini bildirib.

U-19 yığmasının sabiq kiperi bunu əvəzedici heyətə göndərilməsiylə əlaqələndirib.

Sadiq son vaxtlar xeyli təkliflər aldığını və onlardan birini dəyərləndirmək niyyətində olmasını söyləyib. O, xahiş eləyib ki, azad agent statusu almasına razılıq verilsin. (Sportinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.