İdman

İndi də "Qalatasaray" meydançanı tərk etdi

16 Fevral 2025 00:25
Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə idmanında qalmaqallı hadisələr səngimək bilmir.

Milli.Az xəbər verir ki, bu dəfə basketbol üzrə Türkiyə kubokunun yarımfinal görüşü gərgin anlara səhnə olub. Belə ki, "Fənərbaxça" - "Qalatasaray" oyununda birincilərin azarkeşləri meydançaya yad əşyalar atıblar.

Vəziyyətin arzuolunmaz olduğunu görən "Cim-Bom"un basketbolçuları meydançanı tərk ediblər. "Fənərbaxça"nın üzvləri dərhal fanatlara yaxınlaşaraq, onları sakitləşdiriblər. Yalnız bundan sonra meydançaya qayıdan "Qalatasaray" oyunu davam etdirib. Qarşılaşma "Fənərbaxça"nın 89:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qalatasaray"la bağlı daha bir qalmaqallı hadisə ötən həftə futbol üzrə Türkiyə çempionatında baş vermişdi. "Adana Dəmirspor" "aslanlar"la görüşdə hakim qərarlarına etiraz edərək, meydançanı yarımçıq tərk etmişdi. (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.