İdman

"Fənərbaxça" heyətini Serbiya millisinin üzvü ilə gücləndirir

29 Yanvar 2025 18:48
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Milli.Az xəbər verir ki, İstanbul nəhəngi "Srvena Zvezda"da çıxış edən Onyen Mimoviçi heyətinə qatmağa yaxındır. Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbaxça" serbiyalı sağ cinah müdafiəçisi ilə razılıq əldə edib. Klublar anlaşarsa, 20 yaşlı futbolçu yaxın günlərdə "Fənərbaxça" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.