İdman

AFFA “Turan Tovuz”u böyük məbləğdə cərimələdi

23 Yanvar 2025 15:46
Baxış: 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

"Kəpəz" - "Turan Tovuz" qarşılaşmasında Tovuz təmsilçisi 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib. Bundan başqa, azarkeşlərin meydançaya kənar əşyalar atması, hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və pirotexniki vasitədən istifadə etməsi klubu əlavə 3300 manat xərcə salıb.

"Neftçi" - "Sabah" oyununda isə meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi komanda 800 manat cərimə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.