İdman

İdmançılarımızın 2025-ci il üçün ilk reytinqi açıqlanıb

1 Yanvar 2025 19:23
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci il yanvarın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, siyahının ilk pilləsində 500 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası yer alıb.

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov 390 xalla ikinci, atlet Anna Skidan (çəkicatma) 315 xalla üçüncüdür.

Cüdo üzrə digər Olimpiya çempionu Zelim Kotsoyev (310 xal) ilk "üçlüy"ü tərk edərək, 4-cü sıraya geriləyib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.