"Samsunspor"un baş məşqçisi Tomas Reis Yeni il tətilindən gec qayıdan futbolçularını cəzalandırıb.
Milli.Az qafqazinfoya istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Belə ki, Olivier Ntcham, Landry Dimata, Gaetan Laura və Flavien Taitini məşqlərdən kənar buraxılıb.
Bununla yanaşı, adıçəkilən futbolçuların sabah keçiriləcək "Trabzonspor"la oyunda da yer ala bilməyəcəyi vurğulanıb.
Milli.Az