Hadisə

Şair Ramaldanovun ailə üzvləri qəzaya düşdü - 2 yaxını həyatını itirdi

15 Dekabr 2025 00:23
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur polkovnik Şair Ramaldanova ağır itki üz verib. Onun yaxınları ağır qəzaya düşüb, polkovnikin iki yaxını həyatını itirib.

Milli.Az xəbər verir ki, musavat.com-a bu haqda polkovnik Üzeyir Cəfərov məlumat verib.

"Ramaldanovlar ailəsi kimi tanıdığınız və mənim döyüş komandirim olmuş Şair Ramaldanovun ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanmışdır. Ramaldanov qardaşlarından biri olan hörmətli polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. Və nə qədər ağır olsa da bunu sizə bildirməliyəm ki, ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.

Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alaıblar.

Komandirdən aldığım məlumata əsasən mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək.

Bu qeydlərimi sizin diqqətinizə ona görə çatdırmağı özümə borc bilirəm ki, əziz komandirimiz Şair Ramaldanov və Silahlı Qüvvələrin tanınmış və hörmətli zabitlərindən biri olan polkovnik İlham Ramaldanovu bu ağır dəqiqələrdə tək buraxmayaq və onların dərdinə şərik olaq.

Allahdan Ramaldanovlar ailəsinə səbr, dözüm diləyirəm və faciəvi şəkildə dünyasını dəyişmiş əzizlərinə rəhmət diləyirəm".

Qeyd edək ki, digər ailə üzvləri - Bakı şəhər sakinləri -  sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.