Sağlamlıq

9 min il əvvəlin resepti! Bozanı bununla için, quş kimi yüngülləşəcəksiniz

4 Yanvar 2025 11:18
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boza, qış aylarının vazkeçilməz içkisidir. Onu qovrulmuş noxudla birlikdə içmək isə əsrlərdən bəri davam edən bir ənənədir. Bu ikili Osmanlı dövründən qalma mədəni irs kimi tanınır.

Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, boza fermentasiya ilə hazırlanmış bir içkidir və darı, arpa, qarğıdalı kimi taxıllardan hazırlanır. İmmuniteti gücləndirir, enerji verir və həzm sistemini dəstəkləyir. Qovrulmuş noxud isə zülal və liflə zəngindir, toxluq hissi yaradır və mədəni rahatlaşdırır.

Bu ikili həm qidalı, həm də dadlıdır, amma diqqət yetirmək lazımdır. Boza yüksək kalorili içkidir, noxudla birlikdə istehlak edildikdə kalori miqdarı daha da artır. Çəkisinə nəzarət edənlər bu kombinasiyanı ölçülü şəkildə istifadə etməlidirlər.

Bozanın təzə saxlanılması vacibdir. O, 3-5 gün ərzində istehlak edilməlidir, əks halda xarab ola bilər. Bu ənənəvi içki qış axşamlarında həm dad, həm də mədəni irsi yaşamaq üçün əla seçimdir.

Boza içkisinin tarixi təxminən 8-9 min il əvvəl Mesopotamiyaya gedib çıxır. Osmanlı dövründə "bozaxana" deyilən yerlərdə istehsal edilən boza zamanla Yaxın Şərq, Orta Asiya, Balkan və Afrika ölkələrinə yayıldı. Noxud, xüsusilə Anadoluda geniş şəkildə istehlak edilən noxudun qızardılması ilə hazırlanan qəlyanaltıdır. Bu iki ləzzətin birləşməsi mədəni irs olaraq günümüzə qədər gəlib çatmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.