Amerikalı müğənni Billi Aylişin "Birds of a Feather" mahnısı 2024-cü ildə "Spotify" platformasında ən çox dinlənilən mahnı olub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, mahnı 1,781 milyard dəfə dinlənilib. İkinci yerdə isə Sabrina Karpenterin "Espresso" mahnısı qərarlaşıb, hansı ki, 1,778 milyard dinlənmə ilə ilin sonunda liderliyini itirərək Aylişin mahnısına uduzub.
"Birds of a Feather", 17 may 2024-cü ildə çıxan Billi Aylişin üçüncü studiya albomuna daxil edilib və "Billboard Hot 100" çartında ikinci yeri tutub.
Mahnının rəsmi klipi 27 sentyabrda yayımlanıb.
Fidan
Milli.Az