İdman

"UFC Baku Fight Night"dan əvvəl döyüşçülər üz-üzə gəliblər - FOTO

20 İyun 2025 18:42
Baxış: 470
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda keçiriləcək turnirindən ("UFC Baku Fight Night") əvvəl MMA idmançıları rəqibləri ilə üz-üzə gəliblər.

Milli.Az xəbər verir ki, idmançılar Bakı Kristal Zalında görüşüblər.

Gecədə mübarizə aparacaq döyüşçülər son olaraq çəkidən  keçiblər.

Xatırladaq ki, "UFC Fight Night"  21 iyun tarixində ilk dəfə ölkəmizdə,  "Baku Crystall Hall"da keçiriləcək. Gecədə əsas qarşılaşma keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. 

Azərbaycan təmsilçilərinə gəldikdə isə yüngül çəkidə gecənin ikinci əsas döyüşü Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçiriləcək.

Digər idmançılarımız da qalib adı uğrunda mübarizə aparacaqlar. Oktaqoma çıxacaq idmançılarımız Nazim Sadıxov və Tofiq Musayevin rəqibləri isə braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Tural 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.