Ölkə

Aktyor Azər Baxşəliyev ölümdən xilas edildi - Yenilənib

2 Yanvar 2025 18:37
Baxış: 9 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:37

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

ATU-nun Mətbuat katibi Günel Aslanova APA-ya deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:

"Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.

--------------
15:49

Aktyor Azər Baxşəliyev vəfat edib.

Milli.Az xəbər verir ki, böyrək xəstəliyindən əziyyət çəkən aktyor səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Azər Baxşəliyev bu yaxınlarda əməliyyat olunmuşdu.

Aktyor ailəli idi, bir qızı vardı./manset.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.