Rusiya

Rusiya təyyarəsi Misirdə məcburi eniş etdi

4 Yanvar 2025 10:32
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Airbus A321" sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərinin hava limanına məcburi eniş edib.

Milli.az xəbər verir ki, bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Rusiya hava yollarına məxsus sərnişin təyyarəsi texniki səbəblərə görə Misirdə məcburi eniş edib.

"Rusiya təyyarəsi yaranan texniki nasazlıq səbəbindən geri qayıtması tələb olunduqdan sonra Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib", - nazirlik bildirib.

Təyyarə Şarm əl-Şeyxdən Yekaterinburq şəhərinə uçurmuş və göyərtəsində 236 sərnişin olub.

Uçuşlar müvəqqəti olaraq gecikdirilsə də, sərnişinlər üçün alternativ uçuş planlaşdırılıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.