TANAP ilə nəql edilən qazın ümumi həcmi AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir".
Milli.Az xəbər verir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.
E.İbadov qeyd edib ki, TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı Türkiyəni enerji dəhlizinə çevirmək istiqamətində bugünə qədər atılmış ən strateji addımlardan biridir:
"TANAP tərəfdaşlıq strukturu; SGC 51%, SOCAR Türkiyə 7%, BOTAŞ 30% və BP Pipelines Limited 12%. Ümumi tutumu 16 milyard kubmetr olan kəmərin ilk sınaq qazı 2018-ci il yanvarın 23-də 1,339 kilometrlik Faza 0 hissəsində verilib. Kommersiya əməliyyatları isə 30 iyun 2018-ci il tarixində başlayıb. 15 iyun 2019-cu il tarixində 455 kilometr uzunluğunda Faza 1 hissəsi tamamlanmış, 1.811 km boru kəməri sistemi Avropaya qaz tədarükü üçün hazır vəziyyətə gətirilib. 31 dekabr 2020 tarixindən etibarən ilk kommersiya qazı Avropaya çatdırıldı. Layihə ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard m³ Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur, 10 milyard m³ təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır. TANAP-ın Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatır. 16 milyard m³ olan xəttin ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard m³ çatdırılması nəzərdə tutulub. TANAP regionun ən uzun (1.811 km) və ən böyük diametrli (56") təbii qaz kəməridir. TANAP quruda 2.760 metr hündürlükdən, dənizdə isə 67.5 metr dərinliyə qədər uzanan marşrut üzərində tikilib.
İcracı direktor onu da bildirib ki, 31 dekabr 2024-cü il tarixinə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard m³-dir: "Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 30,80 milyard m³, Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 42,74 milyard m³".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çində robot Usain Boltun rekordunu geridə qoydu - (Foto)
-
Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü
-
“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi
-
Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Şəhid yoldaşı ali məktəbə qəbul oldu
-
Bülent Ersoy konsertdə tamaşaçıları təhqir etdi - (Video)
-
Xəstəxanaya yerləşdirilən Xosedən diqqətçəkən addım - (Foto)
-
“Bəşəriyyət yox olur”
-
"Qalatasaray" axtardığı hücumçunu bundesliqada tapdı
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar - (Foto)
-
“Uzak Şehir”in 60 yaşlı aktrisası paraşütlə təyyarədən atıldı - (Video)
-
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə sərt xəbərdarlıq
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
-
Yevlaxda minik avtomobili motosikletlə toqquşdu: 71 yaşlı sürücü öldü
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Şəhid anası tələbə adını qazandı - (Foto)
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Qızılın qiyməti son ayların rekordunu yenilədi
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
-
Robert Köçəryan saxlanıldı
-
“Sabah” bu gün cavab oyununa çıxacaq
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Qayınata kürəkəni tərəfindən öldürüldü - Ağdamda qətl





