Cəmiyyət

Qızılın qiyməti son ayların rekordunu yenilədi

25 Avqust 2026 09:40
Baxış: 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya bazarında qızılın qiyməti sürətlə bahalaşaraq bir troya unsiyası üçün 4 750 dollar həddini keçib.

Milli.Az xəbər verir ki, "Comex" birjasında dekabrda çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq 4 751,5 dollara yüksəlib.

Daha sonra qiymət artımı sürətlənib. Nəticədə qızılın bir troya unsiyasının qiyməti 1,56 faiz bahalaşaraq 4 753,7 dollara çatıb.

Qeyd edək ki, son günlər qızıl bazarında güclü artım müşahidə olunur. Avqustun 24-də "Comex" qızıl fyuçersləri 4 640,8 dollardan bağlanıb və ardıcıl dördüncü sessiyada bahalaşıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.