Sağlamlıq

Stress bu xəstəliyini kəskinləşdirə bilər

25 Avqust 2026 05:05
Baxış: 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrində passiv vəziyyətdə qalır və müəyyən hallarda yenidən aktivləşərək səpgilərə yol aça bilər.

Milli.Az xəbər verir ki, stress zamanı kortizolun səviyyəsi yüksəlir. Uzunmüddətli gərginlik isə immun sisteminin viruslara qarşı mübarizəsini zəiflədə bilər. Nəticədə virusun aktivləşməsi və xəstəliyin təkrarlanması ehtimalı artır.

Bundan başqa, immunitetin zəifləməsi, yuxusuzluq, xroniki yorğunluq, bəzi xəstəliklər, kortikosteroid və kimyaterapiya, güclü günəş şüaları, hamiləlik və 50 yaşdan yuxarı olmaq da risk faktorları arasında göstərilir.

Təkrarlanma hallarını azaltmaq üçün normal yuxu rejiminə riayət etmək, müntəzəm fiziki fəaliyyət göstərmək və stressi idarə etmək tövsiyə olunur. Herpes tez-tez təkrarlanırsa, həkim profilaktik antiviral müalicə təyin edə bilər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

 
 
 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.