Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
"Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində dəyərləndirilməsinin artıq kifayət etmədiyini göstərən mühüm siyasi mesajlarla zəngindir".
Milli.Az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Deputatın fikrincə, bu münasibətlər hazırda iki dövlətin qarşılıqlı maraqlarını təmin etməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə, yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşmasına xidmət edən geniş regional prosesin mühüm elementinə çevrilib. " Azərbaycanın və Özbəkistanın inkişaf proseslərinin bir-birini tamamlaması xüsusilə diqqətəlayiq bir məqamdır. Hər iki ölkə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye potensialının artırılması, investisiyaların təşviqi və müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu oxşarlıq əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Çünki bir-birini tamamlayan iqtisadiyyatlar arasında tərəfdaşlıq daha geniş və uzunmüddətli nəticələr verə bilir".
Millət vəkili qeyd edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının regional əhəmiyyətini müəyyən edən əsas amillərdən biri nəqliyyat və tranzit imkanlarıdır: "Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik dövlətlərindən biri kimi Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının inkişafı hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi də məhz bu reallıqdan irəli gəlir. Son illərdə regionlar arasında əlaqələrin sürətlə genişlənməsi coğrafi məsafələrin siyasi və iqtisadi əməkdaşlıq üçün maneə olmadığını göstərir. Əksinə, yeni nəqliyyat xətləri, logistika imkanları və ticarət marşrutları ölkələri bir-birinə daha da yaxınlaşdırır. Bu mənada Zəngəzur dəhlizi ilə bağlı məsələlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin çıxışında bu layihənin regionun nəqliyyat xəritəsinə təsir göstərə biləcək mühüm imkan kimi nəzərdən keçirilməsi təsadüfi deyil. Azərbaycan ərazisindən keçən yeni marşrutların inkişafı Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Özbəkistanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirə bilər. Beləliklə, Azərbaycan-Özbəkistan əməkdaşlığı ikitərəfli iqtisadi münasibətlərlə məhdudlaşmır, daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Azərbaycan-Özbəkistan münasibətləri daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
-
Gələn həftə deputatların tətili başa çatır
XƏBƏR LENTİ
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
-
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)
-
"Atletiko" ona 150 milyon avro qiymət qoydu
-
İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu - (Foto)
-
Bu il 34 şəhid övladı universitetə qəbul oldu - Siyahı
-
Metro bu gecə gec bağlanacaq
-
Xəbər vermədən övladını sinifdə saxladılar - (Video)
-
Çində robot Usain Boltun rekordunu geridə qoydu - (Foto)
-
Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü
-
“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi
-
Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Şəhid yoldaşı ali məktəbə qəbul oldu
-
Bülent Ersoy konsertdə tamaşaçıları təhqir etdi - (Video)
-
Xəstəxanaya yerləşdirilən Xosedən diqqətçəkən addım - (Foto)
-
“Bəşəriyyət yox olur”
-
"Qalatasaray" axtardığı hücumçunu bundesliqada tapdı
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar - (Foto)
-
“Uzak Şehir”in 60 yaşlı aktrisası paraşütlə təyyarədən atıldı - (Video)
-
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə sərt xəbərdarlıq
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
-
Yevlaxda minik avtomobili motosikletlə toqquşdu: 71 yaşlı sürücü öldü





