Cəmiyyət

“Hadrut fatehi”nin xanımı da tələbə oldu - (Foto)

25 Avqust 2026 11:25
Baxış: 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb.

Bu barədə Milli.Az-a şəhid xanımı özü məlumat verib.

Fatimə İsmayılova Odlar Yurdu Universitetində "Turizm işinin təşkili" ixtisasına qəbul olunub.

Qeyd edək ki, "Hadrut fatehi" Camal İsmayılov 2020-ci il oktyabrın 21-i Laçın dəhlizinə nəzarəti ələ almaq üçün gedən döyüşlərdə şəhid olub. O, şəhidlik zirvəsinə ucalandan sonra 3-cü övladı dünyaya gəlib. Körpəsinin üzünü görmək ona qismət olmasa da, son vəsiyyəti oğluna Alparslan adının qoyulması olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.