İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Sabitlik, uğurlu islahatlar, mükəmməl qanunvericilik bazası və bu kimi digər mühüm amillər Azərbaycanın investisiya cəlbediciliyini artıran faktorlar qismində çıxış edir. Ölkədə fəaliyyət göstərən sənaye zonalarında yüksək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli və dayanıqlı mühit formalaşıb. Bu məqsədlə rezidentlər dövlət tərəfindən zəruri mühəndis-kommunikasiya infrastrukturu ilə (elektrik enerjisi, qaz, su, yol, rabitə və digər xidmətlər) tam təmin olunmuş ərazilərdə fəaliyyət göstərmək imkanı əldə edirlər. Sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilirlər. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular 10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır. Bu, və digər amillər ölkəyə davamlı investisiya axınını təmin edir. Bu, statistik göstəricilərdə öz əksini tapıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 % artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.
Ölkəyə investisiya axınının artması ilə yanaşı, investisiya layihələrinin daha səmərəli seçilməsi, prioritetləşdirilməsi və icrasının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu zərurət Azərbaycanın investisiya siyasətində yeni institusional mexanizmin formalaşdırılmasını şərtləndirib. Nazirlər Kabinetinin 1 iyun 2026-ci il sərəncamı ilə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Strateji investisiya layihələrin ilkin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir, daha sonra potensial investisiya layihələrinin siyahısı baxılma üçün Komissiyaya təqdim edilir. Komissiya strateji investisiya layihələrinin "sürətli keçid" mexanizmi çərçivəsində obyektiv analitik meyarlar əsasında seçilməsini və qiymətləndirilməsini həyata keçirəcək. Bu, iri investisiya layihələrinin həyata keçirilməsi müddətinin təxminən 30-40 faiz azaldılmasına imkan verəcək.
Yeni mexanizmin mahiyyəti strateji əhəmiyyət daşıyan investisiya layihələrinin daha koordinasiyalı və vahid yanaşma əsasında həyata keçirilməsidir. Çünki iri investisiya layihələrinin reallaşdırılması bir sıra məsələləri özündə birləşdirir. Layihələrin icrası torpaq, infrastruktur, enerji təminatı, tikinti, ekologiya, gömrük, vergi, nəqliyyat və digər istiqamətlər üzrə əlaqəli qərarların operativ və əlaqələndirilmiş şəkildə qəbulunu tələb edir. Məhz buna görə Komissiyanın tərkibinə iqtisadiyyat, maliyyə, energetika, ekologiya, ədliyyə, əmək, fövqəladə hallar, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat, gömrük, şəhərsalma və digər istiqamətlər üzrə dövlət qurumlarının daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə geniş institusional təmsilçilik strateji layihələrə müxtəlif aspektlərdən yanaşmağa və çoxsaylı məsələlərin bir neçə qurum arasında daha sürətli koordinasiya olunmasına imkan verəcək.
Beləliklə, strateji investisiya layihələri üzrə tətbiq ediləcək sürətli keçid mexanizmi layihələrin icrasının operativliyinin artırılmasına xidmət edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sabah Cəlilabadda qaz olmayacaq
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
XƏBƏR LENTİ
-
Sabah Cəlilabadda qaz olmayacaq
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Hikmət Çətin vəfat edib
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)





