Hadisə

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir

25 Avqust 2026 11:58
Baxış: 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Təzəpir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.

Vida mərasimi Təzə Pir məscidində keçirilir. Mərhumun cənazəsinin qoyulduğu postamentin ətrafına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklil düzülüb.

Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Xatırladaq ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.