Xəbər vermədən övladını sinifdə saxladılar - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtın Xəzər rayonunda valideynlə məktəb rəhbərliyi arasında narazılıq yaranıb.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbin 7A sinfində təhsil alan şagirdin valideyni Səyyar İmanov övladının sinifdə saxlanılması ilə bağlı ona vaxtında məlumat verilmədiyini iddia edir.
Valideynin sözlərinə görə, tədris ili başa çatarkən ailəyə uşağın növbəti sinfə keçirilməsi ilə bağlı hər hansı problemin olduğu bildirilməyib. Lakin yeni tədris ilinin başlanmasına az müddət qalmış məktəb rəhbərliyi şagirdin sinifdə saxlanıldığını açıqlayıb.
İmanov bildirir ki, məktəbə dəvət olunsa da, övladının sənədləri ona təqdim edilməyib. Onun iddiasına görə, məktəb rəhbərliyi şagirdin sinifdə saxlanılması barədə məlumatın elektron sistemə vaxtında yerləşdirilmədiyini deyib.
Valideynə uşağın sinifdə saxlanılmasının səbəbi kimi dərsə davamiyyəti göstərilib.
Səyyar İmanov qeyd edib ki, övladı artıq yeddi ildir həmin məktəbdə təhsil alır və indiyədək ailə ilə məktəbin pedaqoji kollektivi arasında hər hansı problem yaşanmayıb.
Onun sözlərinə görə, ötən tədris ilində şagird səhhətində yaranan problemlə əlaqədar bir neçə gün dərsdə iştirak etməyib.
Məsələ ilə bağlı məktəb rəhbərliyinin mövqeyi barədə əlavə məlumat verilməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
-
Xəbər vermədən övladını sinifdə saxladılar - (Video)
-
Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü
-
Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
XƏBƏR LENTİ
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
-
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)
-
"Atletiko" ona 150 milyon avro qiymət qoydu
-
İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu - (Foto)
-
Bu il 34 şəhid övladı universitetə qəbul oldu - Siyahı
-
Metro bu gecə gec bağlanacaq
-
Xəbər vermədən övladını sinifdə saxladılar - (Video)
-
Çində robot Usain Boltun rekordunu geridə qoydu - (Foto)
-
Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü
-
“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi
-
Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Şəhid yoldaşı ali məktəbə qəbul oldu
-
Bülent Ersoy konsertdə tamaşaçıları təhqir etdi - (Video)
-
Xəstəxanaya yerləşdirilən Xosedən diqqətçəkən addım - (Foto)
-
“Bəşəriyyət yox olur”
-
"Qalatasaray" axtardığı hücumçunu bundesliqada tapdı
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar - (Foto)





