Mərhum Xalq artistinin abidəsi adi olmayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır.
Milli.Az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib.
Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
"Layihə adi büst və ya ənənəvi qəbir daşı çərçivəsindən kənara çıxan, 4 hissədən ibarət xüsusi kompozisiya şəklində işlənib. Bir çox standart abidələrdən öz orijinallığı ilə fərqlənir. Kompozisiyada yalnız görkəmli aktyorun öz portret obrazı deyil, həm də onun böyük ekranda canlandırdığı unudulmaz rollar, sənət yolu və şəxsiyyətinin məziyyətləri öz əksini tapıb.
Sənətkarın ailəsi və dostları layihənin Rasim Balayevin şəxsiyyətinə və zəngin yaradıcılığına tam layiq bir əsər olduğunu deyirlər. Eskizlər həm sənətkarın ailəsi, həm də sənət dostları tərəfindən böyük bəyənmə ilə qarşılandı.
Abidənin hazırlanması fərdi təşəbbüs deyil, rəsmi dövlət sifarişidir. Bu səbəbdən layihənin ümumi konsepti və eskizləri kollegial qaydada müzakirə olunaraq yüksək dairələr tərəfindən təsdiqlənib. Artıq hazırlıq prosesinin son mərhələsinə qədəm qoyulub. Eskizlər əsasında istehsala veriləcək abidənin işlərinin tezliklə yekunlaşması və bu ilin payız aylarında Fəxri xiyabanda ucaldılması planlaşdırılır".
Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə Memorial Xəstəxanada vəfat edib. O, l Fəxri xiyabanda dəfn edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama





