Şou-biznes

"Azər yaşca bizdən kiçik olsa da ağsaqqal idi" - ​Ramil Babayev

5 Yanvar 2025 19:20
Baxış: 1 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərin ürəyi çox təmiz idi, heç kimə pislik etməzdi".

Milli.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı və dostu Ramil Babayev deyib.

O bildirib ki, Azər yaşca onlardan kiçik olsa da, ən ağsaqqal da o, idi:

"Həmişə bizə öyüd-nəsihət verirdi. Biz Allahdan möcüzə gözləyirdik, inanmırdıq ki, Azəri itirərik, amma olmadı. Vəfat səbəbi böyrək çatışmazlığı və beyninə qan sızması olub. Heç kimi incitmədən getdi", - mərhumun dostu qeyd edib.

Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib. (Metbuat.az)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.