Rusiya

Rusiyaya getmək çətinləşir: daha iki tələb…

5 Yanvar 2025 08:58
Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün 2025-ci il iyunun 30-dan onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil yaradılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya hökumətinin qərarında bildirilib.

İyunun 30-dan etibarən Rusiyaya istənilən buraxılış məntəqəsindən daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməlidirlər.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici ölkələrin Rusiyadakı diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların əməkdaşlarına şamil edilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.