Bu yolda cərimə gəlsə, sildirə bilərsiniz - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yolun sağ zolağı sıradan çıxıb və istifadəyə qismən yararlıdır. Bu yol həm yoldan keçən insanların həyatını, həm də nəqliyyat vasitələrini təhlükə altına alır. Sürücülər sol zolaqla getmək istədikdə isə cərimə yazılır.
Bəs bu məsələ necə tənzimlənməlidir?
Nəqliyyat eksperti Yaşar Mustafayev Milli.Az-a bildirir ki, belə hallarda sürücüyə protokol tətbiq edilməməlidir. Çünki dağılmış yolda hərəkət edərkən qəza baş verə bilər, avtomobilin bəzi nasazlıqları yarana bilər. Ona görə də sürücünün məcburiyyət qarşısında sol zolaqla hərəkət etməsinə görə protokol tətbiq edilməməlidir.
Hüquqşünas Şamil Paşayev isə deyir ki, əgər sürücü dağılmış sıradan çıxmış yolda məcburiyyətdən sol zolaqla keçibsə və ona cərimə tətbiq olunubsa, məhkəməyə müraciət edə bilər. Sürücünün məhkəmə vasitəsilə həmin qərarı ləğv etdirməsi mümkündür. Həmçinin, həmin yolda avtomobildə dəyən zərərə görə də vətəndaş təzminat tələb edə bilər.
Qeyd edək ki, Yol Hərəkəti haqqında qanunda bildirilir ki, yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda, sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində isə bu əmələ görə 40 manat cərimə nəzərdə tutulur.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vahid təhsil mühiti, milli dəyərlər və dünyəvilik
-
Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?
-
Jurnalistlər kiberdələduzların hədəfində: Saxta zənglərlə hədə-qorxu gəlinir
-
Şəfiqə Nağıyeva kişilərə səsləndi - (Video)
-
İçərişəhərdə rəngarəng "Kəlağayı" yürüşü start götürüb - (Foto)
-
2012-ci ilin rekordu yada düşdü
XƏBƏR LENTİ
-
Vahid təhsil mühiti, milli dəyərlər və dünyəvilik
-
Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?
-
Üzeyir Mehdizadənin yeni mahnısı müzakirə yaratdı - (Video)
-
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib - (Foto)
-
Qazaxıstana səfər edənlərin diqqətinə - Yeni tələb qüvvəyə minəcək
-
Jurnalistlər kiberdələduzların hədəfində: Saxta zənglərlə hədə-qorxu gəlinir
-
Goranboyda ağır qəza - 6 nəfər xəsarət aldı
-
Şəfiqə Nağıyeva kişilərə səsləndi - (Video)
-
İçərişəhərdə rəngarəng "Kəlağayı" yürüşü start götürüb - (Foto)
-
Türkiyə millisinə yeni baş məşqçisi namizədi
-
ABŞ bunun üçün səylər göstərir
-
Pünhan Piriyev: “Mənim bürcüm yoxdur” - (Video)
-
Emoməli Rahmon Bakıya gəlir
-
"Barselona"nın ulduzu: "Qulaqlarımız ağrıyır"
-
Paşinyan Naxçıvana gedən dəmir yolu ilə bağlı təklif verib
-
2012-ci ilin rekordu yada düşdü
-
İstanbuldan Azərbaycana dərman vasitələrinin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
-
Hadisə bacısından danışıb ağladı - (Video)
-
Nəriman "Ərzurumspor"dan ayrılır?
-
Bakıda maşın aşdı, ölənlər var
-
"Seda Sayana dedim ki, “Biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”"
-
"Survivor"yeni formatıı və rekord mükafatı açıqlandı
-
Koçaryanla bağlı qərar verildi
-
Hakan Fidan Bakıya gəlir





