Ukrayna prezidenti Vladimir Zelenski Qərb tərəfdaşları haqqında danışarkən sərt və kobud ifadələrdən istifadə edib.
Milli.Az Tass-a istinadla xəbər verir ki, müsahibə zamanı Zelenski rus dilində nalayiq sözlər səsləndirib, lakin jurnalistin rus dilində tam müsahibə təklifi ilə razılaşmayıb. Onun ofisi tərəfindən yayımlanan videoda Zelenskinin dəfələrlə rusca ifadələr işlətdiyi və arada söyüşlərdən istifadə etdiyi görülüb.
Zelenskinin fikrincə, Qərb tərəfdaşları 2022-ci il fevralın 24-də baş verən hərbi münaqişədən əvvəl Ukraynaya sanksiyalar tətbiq etməli və silah tədarükü ilə Moskvanı "qorxutmağa" cəhd göstərməli idilər.
Prezident əlavə edib ki, Ukrayna lazımi yardımı vaxtında almayıb:
"Əgər sözlərin yardım olduğunu düşünsək, o zaman bunun çoxunu almışıq," - deyə o qeyd edib.
Zelenskinin sərt çıxışı, həmçinin kobud ifadələrdən istifadə etməsi, Qərbin mövqeyinə dair Ukrayna rəhbərliyinin narazılığını açıq şəkildə ortaya qoyur.
Fidan
Milli.Az