SOCAR Türkiyənin Dayanıqlılıq üzrə yol xəritəsi təsdiqlənib.
Milli.Az xəbər verir ki, bu barədə SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 10-dan çox dayanıqlıq layihəsi hazərırlanıb.
"Əsas məqsəd dayanıqlı təyyarə yanacağı istehsal etməkdir. Bu yanacaq ya yosundan, ya da evdə istifadə olunan yağlardan istehsal oluna bilər, eyni zamanda araşdırmalar aparılır".
Milli.Az