Nyu-York Məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 10-da and içməsinə iki həftədən az vaxt qalmış hökm çıxarmağa qərar verib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bunu hakim Xuan Merçan açıqlayıb.
Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual şəkildə iştirak edə bilər. Lakin hökmə əsasən, Trampın həbs olunmasına göstəriş verilməyəcək.
Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkiləri öncəsi aktrisa Stormi Deniyelsə susması üçün rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək təqsirli bilinib.
Nərmin
Milli.Az