Ölkə

Sərnişinlə mübahisə edən avtobus sürücüsü işdən çıxarıldı

6 Yanvar 2025 13:16
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobusda mübahisə yaşanıb.

Milli.Az xəbər verir ki, görüntülər 149 nömrəli "Baku Bus" sərnişindaşıma avtobusunda lentə alınıb.

Hadisə barədə "BakuBus" MMC ilə əlaqə saxladıq.

MMC-dən saytımıza bildirilib ki, hadisə ötən gün, saat 21:30 radələrində baş verib. Qeyd edilib ki, hadisə ilə bağlı aparılmış araşdırma zamanı videomüşahidə görüntülərindən, sürücü Rəcəbov Xəyalət Azad oğlu tərəfindən qaydalar kobud şəkildə pozduğu müşahidə olunub. Bu səbəbdən, əmək qanunvericiliyinə uyğun olaraq sürücünün işdən azad edilməsi barədə qərar qəbul edib.

"Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik.

Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən "BakuBus"ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir  daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək  bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik", - açıqlamada qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.