Son günlər Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.
Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb", - MN-dən bildirilib.
Qeyd edək ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Milli.Az