Dünya

Sankt-Peterburq aeroportu fəaliyyətini bərpa edib - YENİLƏNİB

4 Yanvar 2025 12:43
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:43

Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo hava limanı normal fəaliyyətini bərba edib. "Rosaviasiya" hava reyslərinin qəbulu və göndərişinə qoyulmuş məhdudiyyəti aradan qaldırıb.

Milli.Az xəbər verir ki, bunu Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako Telegram kanalında bildirib.

Qeyd edək ki, Pulkovo aerportunda Moskva vaxtı ilə 07:45-dən 10:15-ə kimi sərnişin təyyarələrinin enişi və qalxışına qadağa qoyulmuşdu. Qadağanın tətbiqi üçün heç bir rəsmi səbəb açıqlanmasa da, həmin əsnada Leninqrad əyalətinin hava məkanında Ukraynaya aid PUA-ların uçduğu və sonradan onların vurulduğu bildirilirdi.

10:58

Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkova aeroportunda uçuşlara məhdudiyyət qoyulub.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako məlumat verib.

"Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu gün Moskva vaxtı ilə 07:45-də Sankt-Peterburqun Pulkovo aeroportunun fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Hava limanı müvəqqəti olaraq hava reyslərini qəbul etmir və göndərmir", - mətbuat katibi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.