100 metr məsafəyə qaçışda ikiqat Olimpiya mükafatçısı Fred Kerli Mayami-Biçdə həbs edilib.
Milli.Az xəbər verir ki, idmançı əvvəlcə avtomobili ilə bağlı polislə müzakirə aparıb. Daha sonra ərazini tərk etməkdən imtina edərək aqressiv davranış nümayiş etdirib.
Bunun nəticəsində polis əməkdaşları Kerliyə qarşı tapança tipli elektroşokerdən istifadə ediblər və onu saxlayıblar.
İdmançı polisə hücum etmək, ictimai asayişi pozmaq və polisin tələblərinə müqavimət göstərməkdə şübhəli bilinir.
Fred Kerli 29 yaşındadır. O, son iki Olimpiadada 100 metr məsafəyə qaçışda medal qazanıb: Tokioda gümüş, Parisdə isə bürünc. Bundan əlavə, onun dünya çempionatında üç qələbəsi var.
Fidan
Milli.Az