"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu karyerasını bu yay müqaviləsi başa çatacaq Səudiyyə klubunda davam etdirməyin məqsədəuyğunluğuna şübhə edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu hələ də kuboklar qazanmaq istəyir, lakin "Ən-Nəsr"in hazırkı heyətinin rəqiblərindən geri qaldığının fərqindədir və bu səbəbdən komanda, xüsusən də Asiya Çempionlar Liqası uğrunda mübarizədə çətinlik çəkir.
Hücumçunun lazımi transferləri etmək şərti ilə "Ən-Nəsr"lə müqaviləsini uzatmağa hazır olduğu vurğulanır.
Milli.Az