Hadisə

Həmin yanğında ölənlərdən biri də komendant imiş

22 Noyabr 2025 09:48
Baxış: 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın üç nəfərin həyatını itirməsi ilə nəticələnib.

Milli.Az xəbər verir ki, teleqraf-ın məlumatına görə həyatını itirənlərdən biri 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov olub. O həmin binanın komendantı kimi çalışırdı və yanğın baş verən binada yaşayırdı.

Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri olan 48 yaşlı Könül Vəlibəy qızı Hümbətova da həyatını itirib. Könül Vəlibəylinin qızının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə nəticəsində yaranan tüstüdən azı iyirmi nəfər təsirlənib və onlara tibbi yardım göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.