"Qarabağ"ın transfer tərəddüdü - yeni detallar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elvin Bədəlovun "Qarabağ"a transferi növbəti dəfə baş tutmaya bilər.
Ötən yay təcrübəli müdafiəçi özü "Sumqayıt"da qalmağa qərar vermişdisə, bu dəfə keçidin düyünə düşməsinə səbəb "Qarabağ" tərəfinin tərəddüd etməsidir.
Düzdür, "Sportinfo"nun bu transfer xəbərini yayımlamasından sonra Ağdam təmsilçisi və futbolçu özü mətbuata açıqlamalarında ortada hər hansı danışıq, rəsmi təklif olmadığını iddia edib.
Amma əsil həqiqət tam başqadır.
Həm ötən yay, həm də qış fasiləsində "köhlən atlar" rəsmi olaraq Elvin Bədəlov üçün onun məxsus olduğu "Sumqayıt" klubuna rəsmi müraciət edib.
Hətta ötən ilin sonu tərəflər arasında böyük ölçüdə razılıq da əldə olunub. "Qarabağ" stoperə görə təzminat ödəməyə belə hazır idi.
Belədə bəs niyə transfer gerçəkləşmir?
Bunun yeganə səbəbi növbəti mövsüm Premyer Liqada legioner limitinin ləğv edilmə ehtimalının hazırda yüksək olmasıdır.
Yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin növbəti iclası nəzərdə tutulub.
Məhz həmin iclasda limitin aradan götürülməsi qərarının açıqlanması ehtimalı kifayət qədər böyükdür.
Yuxarıda qeyd etdiyimiz tərəddüd bu səbəbdəndir.
Belə ki, "Qarabağ"ın Bədəlov seçimi onun yerli statusu daşımasıdır.
Qurban Qurbanovun planında təcrübəli futbolçunun xidmətindən daha çox daxili yarışlarda istifadə etməkdir.
Limit qadağası aradan götürüləcəyi təqdirdə artıq bu transferin ciddi bir əhəmiyyəti qalmır.
Klub belə olan halda əlavə xərcə düşmək istəmir. (sportinfo.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb





