2025-ci ildə bu filmləri izləyə biləcəyik - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin kino sənayesində yeniliklərlə dolu olacağı gözlənilir. Bu il kinosevərlər üçün bir çox maraqlı və fərqli janrda filmlər təqdim ediləcək.
Milli.Az xarici mediaya istinadən həmin filmlərini bəzilərini təqdim edir.
Bu gündən - 3 yanvar tarixindən kinoteatrlarda nümayiş olunan "Nosferatu" filmi: Bram Stokerin 1897-ci ildə yazdığı "Drakula" romanı əsasında 1922-ci ildə lentə alınan səssiz filmi yenidən şərh edilib, ekran işində vampirlərin qaranlıq dünyası təsvir edilir. Əsasən qorxu filmləri ilə tanınan rejissor Robert Eqqersin bu ekran işinin baş rolları Lily-Rose Depp, Nikolas Holt, Uilem Dafoe və Bill Skarsgard canlandırır.
Elmi fantastika və qara komediya janrında çəkilən, Oskar mükafatlı rejissor Bong Joon-Honun "Mickey 17" filmi də bu ilin gözlənilən ekran işləri sırasındadır. Kinoda planetlər və ulduzlararası səyahətlərdən, həmçinin bu səyahətlərin qəhrəmanlarından bəhs edilir. Baş rolu Robert Pattinsonun canlandırdığı ekran işi 18 apreldə kinosevərlərin görüşünə gələcək.
Colson Uaythedinin eyniadlı romanı əsasında eranlaşdırılan "Nikel Boys" filmi də bu il yayımlanacaq ekran əsərlərindəndir. Film Dozier Məktəbinin tarixindən, məktəb kollektivinin şagirdlərə qarşı necə qəddar davranmasından və qaradərili bir yeniyetmənin irqçiliyə qarşı mübarizəsindən bəhs edir. Rejissor Ramell Rossun lentə aldığı filmin buraxılış tarixi hələki müəyyən edilməyib.
Venesiya Film Festivalında premyerası olan "Babygirl" filmi də bu il kinoteatrları bəzəyəcək. Ekran işi Romi Harris Dikinsonun ifa etdiyi böyük bir şirkətin baş direktoru olan Samuel ilə Nikol Kidmanın canlandırdığı təcrübəçi arasında olan qeyri-qanuni münasibətdən, ailə həyatı və kariyerasını təhlükəyə atmasından bəhs edir. Nikol Kidmanın cəsarətli oyunu ilə tanınan ekran işində Ester Rouz Makqreqor da rol alır. Film 24 yanvar tarixində yayımlanacaq.
Feysbukun qurucusu Mark Zukerberq və onun dostlarının hekayəsindən bəhs edən "The Social Network" filminin davamı olan yeni ekran işi də bu il kinoteatrlarda izləyə biləcəyiniz filmlər sırasındadır. "Real Pain" adlı filmdə Cessi Eyzenberq və Endryu Qarfild nənələri üçün Polşaya səyahətə gedən iki əmi oğlunu canlandırırlar. 28 fevralda izəyə biləcəyiniz filmin prodüserləri arasında aktrisa Emma Stoun da var.
Məşhur amerikalı musiqiçi Bob Dilanın həyatından bəhs edən "A Complete Unknown" filmi isə 7 fevralda filmsevərlərin görüşünə gələcək. Ekran işində baş rolu Timati Çalamet canlandırır. Monika Barbaro isə musiqiçi Joan Baez rolunda çıxış edir.
Bu il Kann Film Festivalında premyerası keçirilən və münsiflər heyətinin xüsusi mükafatını alan "The Seed of the Sacred Fig" filminin yayımlanmasına isə sayılı günlər qalır. Ekran işi İranda gender bərabərsizliyi və din vasitəsilə qadınlara qarşı zülmdən bəhs edir. Etirazlara dəstək verdiyinə görə həbs və şallaq cəzasına məhkum edilən rejissor Məhəmməd Rəsulof filmi gizli şəkildə lentə alaraq İrandan qaçıb. Böyük maraq doğuran ekran işini 10 yanvar tarixində kinoteatrlarda izləyə biləcəksiniz...
Danny Boylinin eyniadlı ekran işinin davamı olan "28 Years Later" filmi də yenidən nümayiş olunacaq. Aaron Taylor-Conson və Ralf Finnesin rol aldığı, 20 iyunda yayılanacaq ekran işi zombi hücumlarından sağ qalmağa çalışan insanların həyatından bəhs edir.
Bu ilin səbrsizliklə gözlənilən ekran işlərindən biri də illərdir sevərək izlənilən "Mission: Impossible" filminin "-The Final Reckoning" final bölümüdür. Ssenari müəllifi Erik Jendresen, rejissoru Kristofer MakQuari olan ekran işinin baş rolu agent Ethan Hant rolunu isə aktyor Tom Kruz canlandırır. 23 may tarixində son bölümü ilə film böyük ekranlarda izləmək mümkün olacaq.
Formula 1 pilotu Lyuis Həmiltonun prodüserlər arasında yer aldığı F1 filmində isə Bred Pitt və Xavyer Bardem baş rolda çıxış edir. Film iyun ayında nümayiş olunacaq.
İl ərzində gözlənilən super qəhrəman filmləri arasında "Kapitan Amerika: Cəsur Yeni Dünya", "Supermen", "Fantastik Dördlük: İlk Addımlar" var./modern.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən böyük divar rəsmi ilə Ginnesin Rekordlar Kitabına düşdü - FOTO
-
Artıq şəhərləri bu bitki ilə işıqlandıracaqlar: Çindən ekoloji inqilab
-
Engin Altan Düzyatan yeni serialda
-
136 yaşındadır, 27 oğlu, 7 qızı və 500-dən çox nəvəsi VAR - VİDEO
-
Aygün Kazımovanın yanında yeganə qəmli KİŞİ - VİDEO
-
Gənc qız sevgilisinə evlilik təklifi ETDİ - VİDEO
-
“Hələ onları bizə örnək göstərirlər”
-
Mal ətindən daha dadlıdır, amma bu barədə az adam bilir
-
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
-
Tələbə faciəvi şəkildə öldü
-
“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir
-
İranda 88 gündən sonra internet qismən bərpa olundu
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
-
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
-
“90 illik irs” - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bayram tətili başlayıb
-
Günün qoroskopu: Bu gün yaradıcılıq potensialınız olduqca yüksəkdir
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Dolu maşınlara belə ziyan vurdu - VİDEO
-
Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO
-
Qvardiolanın yerinə o gəldi
-
Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlk dəfə qızından danışdı





