Dünya

Hindistanda magistral yolda video çəkmək istəyən yutuberləri maşın vurdu - ANBAAN VİDEO - FOTO

4 Yanvar 2025 09:57
Baxış: 1 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda magistral yolda video çəkmək istəyən yutuberləri maşın vurub.

Milli.Az "Times of India" nəşrinə istinadən xəbər verir ki, hadisə Uttar Pradeşin Amroha rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 4 yutuber həlak olub. 6 nəfər isə yaralanıb. Ölənlər arasında Lucky, Salman, Şahrukh və Shahnavaz var. 

Onlar "Round 2 World" "YouTube" kanalında komik məzmun yaratmaqla məşğul olublar.

Yaralılar xəstəxanaya aparılıb, ölənlərin cəsədləri isə müayinə üçün morqa göndərilib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəyal Abdullayev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.