İngiltərədə London Hitrou hava limanında maraqlı hadisə yaşanıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, gənc qadın hava limanından itirilmiş əşyalar hərracından 80 funt-sterlinqə (təxminən 3200 TL) aldığı çamadanda minlərlə funt-sterlinq dəyərində dizayner məhsulları və elektron cihazlar tapıb.
Chorlton sosial şəbəkələrdə video paylaşaraq, çamadanın içində tapdığı qiymətli əşyaları göstərib. O, bu tapıntını "üçüncü itirilmiş baqaj əməliyyatım" olaraq təsvir edib və bu təcrübənin riskli olsa da, inanılmaz dərəcədə əyləncəli olduğunu qeyd edib.
Bəzi sosial media istifadəçiləri bunun xaricdən alış-veriş etmiş bir səyyahın çamadanı ola biləcəyini bildirib. Lakin, içindəki yeni və qiymətli əşyaların şübhəli olduğunu düşünənlər də olub.
Qeyd edək ki, Hitrou hava limanının rəsmiləri itirilmiş əşyaları 3 ay müddətində saxladıqlarını, bu müddət ərzində sahiblərinin müraciət etmələri halında 25 funt-sterlinqə qədər ödəniş qarşılığında əşyalarını geri ala biləcəklərini açıqlayıb. Sahibsiz çamadalar isə bu yolla satılır.
Fidan
Milli.Az