Epşteyn sənədlərində şok fakt: Kəbə örtüyünün hissələri ona göndərilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni ortaya çıxan e-poçt yazışmaları göstərir ki, 2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqəli şəxslər vasitəsilə İslam dünyasının ən müqəddəs simvollarından olan Kəbə örtüyü ABŞ-yə, Epşteynin ünvanına çatdırılıb.
Milli.Az xəbər verir ki, yazışmalara görə, BƏƏ-də fəaliyyət göstərən iş qadını Əzizə əl-Əhmədi və Abdullah əl-Maari adlı şəxs Kəbəyə aid üç ədəd parçanın Epşteynə göndərilməsini təşkil ediblər.
Göndərilən hissələrdən biri Kəbənin içindən, biri Kəbənin üzərində istifadə edilmiş xarici örtükdən, üçüncüsü isə eyni materialdan hazırlanmış, lakin istifadə edilməmiş (gömrükdə "sənət əsəri" kimi qeyd olunması üçün) hissə olub.
Parçalar Səudiyyə Ərəbistanından "British Airways" vasitəsilə Florida ştatına, Epşteynin evinə göndərilib.
Əzizə əl-Əhmədi tərəfindən Epşteynə göndərilən e-poçtda parçanın mənəvi dəyəri belə izah edilir: "Bu qara parçaya ən azı 10 milyon müxtəlif məzhəbdən olan (sünni, şiə və s.) müsəlman toxunub. Onlar Kəbənin ətrafında dövr edərkən bu parçaya əl çatdırmağa çalışıb öz dualarını, göz yaşlarını və ümidlərini bura əmanət ediblər."
Sənədlər göstərir ki, Əzizə əl-Əhmədi ilə Epşteyn arasında yaxın əlaqə olub.
2017-ci ildə Karib dənizində qasırğa baş verəndə, Əhmədi Epşteynin şəxsi adasındakı vəziyyəti ilə dərhal maraqlanıb.
Epşteynin köməkçisi Əhmədiyə naməlum məqsədlə DNT test kiti göndərib.
Əhmədi Nyu-Yorku tərk etməzdən əvvəl Epşteyni ad günü münasibətilə təbrik etmək üçün onun evinə getmək istədiyini yazıb.
Eyni zamanda açıqlanan bir FTB qeydində şok iddia yer alıb: Epşteynin ABŞ və İsrail kəşfiyyatı (Mossad) ilə işlədiyi bildirilir. Sənəddə qeyd olunur ki, Epşteyn İsrailin keçmiş baş naziri Ehud Barakla yaxın olub və onun rəhbərliyi altında "casus təlimi" keçib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Köhnə tikililərdə qiymət sirri: 9 mərtəbəli binalar 5 mərtəbəliləri nə ilə üstələyir? - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu





