Qızıl və gümüş niyə birdən ucuzlaşdı? - İZAH
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, qızıl və gümüşün qiyməti ucuzlaşıb.
Belə ki, qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib. Gümüş isə 3,95 dollar azalaraq 74,59 dollara bərabər olub.
Bəs, ucuzlaşmanın səbəbi nədir? Azərbaycana necə təsir edəcək?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qızıl və gümüşün qiymətində müşahidə olunan ucuzlaşmanın əsas səbəbi qlobal maliyyə bazarlarında risklərin artması və ABŞ dollarının möhkəmlənməsidir.
Onun sözlərinə görə, adətən geosiyasi və ya iqtisadi qeyri-müəyyənlik azaldıqda investorlar "təhlükəsiz liman" hesab edilən qızıl və gümüşdən çıxaraq səhm, istiqraz və digər gəlirli maliyyə alətlərinə yönəlirlər:
"ABŞ-də faiz dərəcələrinin uzun müddət yüksək qalacağı ilə bağlı gözləntilər də bu prosesdə mühüm rol oynayır. Faizlər yüksək olduqda qızıl və gümüş kimi faiz gətirməyən aktivlər investorlar üçün daha az cəlbedici olur. Eyni zamanda dollar bahalaşdıqca bu metalları digər valyutalarla alanlar üçün qiymət faktiki olaraq yüksəlir və tələbat zəifləyir".
İqtisadçı qeyd edib ki, gümüşdə ucuzlaşma qızıldan fərqli səbəblərlə də bağlıdır:
"Gümüş həm də sənaye metalıdır. Qlobal sənaye artımı ilə bağlı gözləntilər zəiflədikdə ona olan tələbat azalır. Xüsusilə Çin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər gümüş qiymətlərinə əlavə mənfi təzyiq yaradır".
A.Nəsirli vurğulayıb ki, bu prosesin Azərbaycana həm birbaşa, həm də dolayı təsirləri mövcuddur:
"Birbaşa təsir ondan ibarətdir ki, əhalinin bir hissəsi qızılı yığım və investisiya aləti kimi istifadə edir. Qiymətlərin enməsi qısa müddətdə bu yatırımların dəyərini azalda bilər. Digər tərəfdən, zərgərlik məmulatlarının qiymətində müəyyən ucuzlaşma müşahidə oluna bilər ki, bu da alıcılar üçün müsbət haldır".
İqtisadçı əlavə edib ki, dolayı təsir əsasən maliyyə psixologiyası ilə bağlıdır. Qızılın ucuzlaşması adətən qlobal iqtisadiyyatla bağlı panikanın azalmasına işarə edir. Bu isə neft bazarlarına müəyyən sabitləşdirici təsir göstərə bilər. Neft gəlirlərindən asılı olan Azərbaycan üçün bu, dolayı yolla büdcə və valyuta bazarında nisbi rahatlıq yarada bilər:
"Ümumilikdə qızıl və gümüş qiymətlərindəki dəyişikliklər Azərbaycanın iqtisadiyyatına həlledici təsir göstərmir və daha çox fərdi yığım və istehlak səviyyəsində hiss olunur".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağa gedən yol bu rayonlarda torpağı BAHALAŞDIRDI
-
Bir qram qızıl 60 manat UCUZLAŞDI - ŞAD XƏBƏR
-
Valyuta dəyişdirmək istəyənlərin nəzərinə: BAHALAŞDI
-
Neftimiz bahalaşıb bu qiymətə oldu
-
Qızıl və gümüş investorları üçün riskli gün
-
Bakıda investisiya üçün ən sərfəli mənzillər hansılardır? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - FOTO
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı





