Minimum əməkhaqqı ilə bağlı DƏYİŞİKLİK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Milli.Az-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, mövcud qanunvericiliyə görə, ölkəmizdə əmək haqqının minimum məbləği Nazirlər Kabinetinin təklifinə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müəyyən olunur. Hökumət tərəfindən təkliflər hazırlanarkən ölkənin sosial-iqtisadi vəziyyəti, yaşayış minimumu, əhalinin gəlirləri, infilyasiya, əmək bazarında vəziyyət və s. faktorlar nəzərə alınır.
Deputat bildirib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada mühüm sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir:
"Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əmək haqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Bu baxımdan, minimum əmək haqqı məbləğinin müəyyən edilməsində dövriliyin milli qanunvericiliyimizdə nəzərdə tutulmaması Dünya Bankı Qrupunun Beynəlxalq "İşçi qüvvəsi" reytinqində geridə qalmağımıza səbəb olur".
Millət vəkili əlavə edib ki, layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.
M.Quliyev qeyd edib ki, minimum əmək haqqı ölkə üzrə məcburidir və mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Əmək müqaviləsində göstərilən əmək haqqı minimum əmək haqqından aşağı ola bilməz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
“Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Maaşlar artacaq: Saatlıq minimum əmək haqqı tətbiq olunacaq
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Arda ilə bağlı qərar verildi: Maaşı artacaq
-
Əməkdar artist 14 yaşında - (Foto)
-
Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi
-
Messisiz Argentina ilk oyunda uduzdu
-
Nurməhəmmədovla Dvalişvilinin davasının pərdəarxası
-
İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)





