İlk dəfə eşidənlər üçün: Epşteyn kimdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yetkinlik yaşına çatmayan qızları hədəf alan cinsi istismar və insan alveri şəbəkəsi qurmaqda ittiham olunan amerikalı milyarder Ceffri Epşteynlə bağlı yayımlanan yeni sənədlər qalmaqalı yenidən qlobal gündəmin mərkəzinə gətirib. Sənədlərdə tanınmış ictimai xadimlərin, siyasətçilərin və biznes dairələrindən şəxslərin adlarının hallanması mübahisələri daha da dərinləşdirib.
Artıq Epteyn işi təkcə fərdi cinayət hadisəsi kimi deyil, güc, cəzasızlıq və şəffaflıq problemlərinin simvolu kimi qiymətləndirilir. ABŞ və beynəlxalq mediada bu qalmaqal uzun illərdir müzakirə mövzusu olaraq qalır.
Milli.Az sizə Epşteyn işi ilə bağlı vacib məqamları təqdim edir:
Ceffri Epşteyn kimdir?
Ceffri Epşteyn 20 yanvar 1953-cü ildə ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində anadan olub. Atası şəhər parklar departamentində bağban, anası isə evdar qadın idi. Epşteyn karyerasına 1970-ci illərdə Manhettendə yerləşən elit Dalton Məktəbində fizika və riyaziyyat müəllimi kimi başlayıb. Burada oxuyan şagirdlərin əksəriyyəti ABŞ-ın ən varlı ailələrinin övladları idi.
.jpg)
Məhz bu dövrdə əldə etdiyi əlaqələr onun həyatında dönüş nöqtəsi oldu. Müəllimlikdən ayrıldıqdan sonra maliyyə sektoruna keçən Epşteyn bir müddət "Bear Stearns" şirkətində çalışdı, daha sonra isə öz biznesini qurdu.
1988-ci ildə "J. Epstein & Company" adlı konsaltinq şirkətini yaradan Epşteyn yalnız çox yüksək sərvətə malik şəxslərə maliyyə idarəetmə xidmətləri göstərirdi. Qısa müddətdə böyük sərvət toplayan Epşteyn eyni zamanda siyasətçilər, kral ailələrinin üzvləri, məşhurlar və iri biznes nümayəndələri ilə yaxın münasibətləri ilə tanınmağa başladı.
Epşteyn işi necə ortaya çıxdı?
Epşteynlə bağlı ilk ciddi ittihamlar 2000-ci illərin əvvəllərində ortaya çıxdı. 2008-ci ildə Floridada yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamları ilə üzləşən Epşteyn mübahisəli razılaşma nəticəsində yüngül cəza alaraq azadlıqda qaldı. Bu qərar illər sonra ABŞ hüquq sistemində ciddi tənqidlərə səbəb oldu.
.jpg)
2019-cu ildə isə Epşteyn federal səviyyədə yenidən həbs edildi. İddialara görə, o, illər ərzində qurduğu şəbəkə vasitəsilə azyaşlı qızları cəlb edir, onları varlı və nüfuzlu şəxslərlə əlaqələndirirdi. Bu istismarın əsas mərkəzlərindən birinin Epşteynin Karib dənizində yerləşən şəxsi adası - Little Saint James olduğu bildirilirdi. Ada ictimaiyyətdə sonradan "istismar adası" kimi tanındı.
Şəxsi ada, "Lolita Express" və şəbəkə iddiaları
İstintaq materiallarında Epşteynin "Lolita Express" adlanan şəxsi təyyarəsindən də geniş bəhs olunur. Şahid ifadələrinə görə, bu təyyarə vasitəsilə qızlar və qonaqlar müxtəlif ölkələrdən Epşteynin adasına daşınıb.
.jpg)
Epşteynin keçmiş sevgilisi və ortağı Ghislaine Maxwell azyaşlı qızları bu şəbəkəyə cəlb etməkdə təqsirli bilinərək 20 il həbs cəzasına məhkum edilib. Bu qərar Epşteyn işinin təkbaşına deyil, mütəşəkkil şəbəkə formasında fəaliyyət göstərdiyi iddialarını gücləndirib.
Epşteynin ölümü və cavabsız suallar
10 avqust 2019-cu ildə Ceffri Epşteyn Nyu-Yorkda saxlandığı həbsxana kamerasında ölü tapıldı. Rəsmi açıqlamaya görə, o, özünə qəsd edib. Lakin təhlükəsizlik kameralarının işləməməsi, nəzarət mexanizmlərindəki boşluqlar və əvvəlki təhdidlər bu versiyanın ictimaiyyət tərəfindən ciddi şəkildə şübhə altına alınmasına səbəb oldu.
Epşteynin ölümü ilə birlikdə bir çox sual cavabsız qaldı:
Bu şəbəkədə hansı nüfuzlu şəxslər yer alırdı?
Onların adları niyə tam açıqlanmadı?
Epşteynə illər boyu toxunulmamasının səbəbi nə idi?
Yeni sənədlər və davam edən mübahisələr
Son illərdə xüsusilə də 2026-cı ilin əvvəlində ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan minlərlə səhifəlik sənəd Epşteyn qalmaqalını yenidən gündəmə gətirib. Bu sənədlərdə müxtəlif ölkələrdən siyasətçilərin, iş adamlarının və tanınmış şəxslərin adlarının hallandığı iddia olunur. Bir çox adı çəkilən şəxs ittihamları rədd edir və hüquqi proseslərin davam etdiyi bildirilir.
.jpg)
Ceffri Epşteyn işi bu gün də dünyanın ən böyük və ən qaranlıq qalmaqallarından biri hesab olunur. Bu hadisə təkcə bir milyarderin cinayət dosyesi deyil, eyni zamanda güclü şəxslərin toxunulmazlığı, qurbanların ədalət axtarışı və sistemli istismarın necə gizlədilə bilməsi ilə bağlı ciddi suallar doğurur.
Epşteyn qalmaqalı hələ də bütün tərəfləri ilə tam aydınlaşdırılmayıb və görünən odur ki, bu iş uzun müddət dünya gündəmindən düşməyəcək.
Yeni yayımlanan sənədlər və tanınmış adlar:
Epşteyn sənədləri dünya gündəmini silkələdi - Tramp, Mask, Gates və digər məşhur adlar
Epşteyn sənədlərində şok fakt: Kəbə örtüyünün hissələri ona göndərilib
"Epşteyn" arxivində İlon Mask da var imiş... - FOTOlar
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
XƏBƏR LENTİ
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı





