Hadisə

Cənazə aparılarkən pilləkən çökdü: Köhnə binada təhlükəli vəziyyət - VİDEO

3 Fevral 2026 10:05
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bina köhnə, pilləkənlər yarasız... Hətta, cənazə aparılarkən pilləkan qırılıb, insanlar çətin vəziyyətlə üzləşib...

Milli.Az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, oktyabr küçəsində yaşayan sakinlər bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, məskunlaşdıqları bina köhnə olduğundan təhlükə altında yaşayırlar.

Hətta bir neçə gün öncə qonşuluqdakı evdən cənazə aparılarkən pilləkən qırılıb, sakinlər yıxılıb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd edildi ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.