Bir çox yeməklərin vazkeçilməz ləzzətlərindən biri olan tomat pastası dadı və iştahaaçan rəngi ilə milyonlarla insanın sevimli yeməyi olmağı bacarıb. Lakin, mütəxəssislər hava ilə təmasda olduqda tez-tez kiflənən tomat pastasının istehlakının bəzi sağlamlıq riskləri yarada biləcəyini bildiriblər.
Milli.Az xəbər verir ki, qida təhlükəsizliyi üzrə alim Rozita Vaskoska kiflənmiş qida yumşaq və nəmdirsə, mütləq atılmalıdır deyir.
O, sərt və kiflənmiş pendirin kifinin kəsilərək istehlak edilə biləcəyini, lakin tomat pastası üçün bunun heç vaxt mümkün olmadığını vurğulayıb. Küfün yaratdığı toksinlərin qidaya dərindən nüfuz edə biləcəyini, bunun isə qida zəhərlənməsinə səbəb olacağını bildirən mütəxəssis kiflənmiş tomat pastasından istifadə etməyi tövsiyə etmir.
Fidan
Milli.Az