Zədələnərək mövsümü bağlayan "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi əməliyyat olunub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəsi Argentinada öz seçdiyi xəstəxanada əməliyyat olunan İkardinin paylaşdığı foto çox danışılıb.
Olduqca təvazökar bir xəstəxanada əməliyyat olunan İkardinin paylaşdığı fotoya "Niyə belə bir xəstəxanada əməliyyat olunub?", "Daha dəbdəbəli xəstəxana tapa bilmədimi?" tipli şərhlər yazılıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu ön (çarpaz) bağ zədələnmələri səbəbindən əməliyyat edilib.
Xatırladaq ki, hücumçu UEFA Avropa Liqasının "Tottenhem"lə (İngiltərə) matçında zədələnərək çarpaz bağları qopub.
Fidan
Milli.Az