İdman

"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib

23 Sentyabr 2024 08:30
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasının 5-ci turunda "İnter" və "Milan" arasında oyun baş tutub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, komandalar İtaliyanın Milan şəhərində "San Siro" (Cüzeppe Meazza) stadionunda qarşılaşıblar.

Görüşü Mauritsio Marianinin (Roma) başçılıq etdiyi hakim briqadası idarə edib. "Milan" 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, "Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i yenib.

Belə ki, 10-cu dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç fərqlənib. 28-ci dəqiqədə "İnter"in müdafiəçisi Federico Dimarko Lautaro Martinesin ötürməsindən sonra hesabı bərabərləşdirib. 89-cu dəqiqədə "Milan"ın müdafiəçisi Matteo Qabbia Teyani Reyndersin ötürməsindən sonra topu tora göndərib.

Bu qələbədən sonra "Milan" səkkiz xal toplayaraq A Seriyasının turnir cədvəlində altıncı yerdə qərarlaşıb. "İnter"in də aktivində səkkiz xal var və yeddinci yerdədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.