İdman

Ayxan Abbasov: “Bundan da ağır oyunlar olacaq” - MÜSAHİBƏ

16 Sentyabr 2024 18:51
Baxış: 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovun İdman.Biz-ə müsahibəsini təqdim edir:

- Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandanızı meydana çıxarmısınız. Nə kimi hisslər keçirirsiniz?

- Əlbəttə, sevinirəm. 200 oyun az deyil. Bu, ayrı-ayrı klublarda çalışdığım dönəmlərdə baş verib. Təbii ki, hər bir klubda uğurlu və ya uğursuz günlərim olub. Bu da idmanın və məşqçiliyin bir hissəsidir. Azərbaycan çempionatında baş məşqçi kimi çıxış etmək məni sevindirir. Məşqçilik ağır və məsuliyyətli bir peşədir. Bu peşənin bir parçası olduğum üçün qürur duyuram.

- Daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssis kimi tarixə düşmüsünüz. Bu barədə fikirləriniz?

- Azərbaycanın çox yaxşı məşqçiləri olub və indidə var. Çalışırıq ki, Azərbaycan futboluna xidmət edək. Əlimizdən gələni edirik ki, uğurlu nəticələrlə azarkeşlərimizi sevindirək. Tarixdə yer almaq da olduqca maraqlı və sevinclidir.

- Azərbaycan çempionatında "Şamaxı" hələ ki, 6-cı pillədə qərarlaşır. Komandanızın çıxışından razısınız?

-Xallar yığmaq lazımdır. Çempionat yeni başlayıb. Əsas olan sondakı nəticədir. Məqsədimiz Premyer Liqada yerimizi möhkəmləndirməkdir. Təbii ki, gərgin mübarizələrlə dolu bir mövsüm bizi gözləyir. Neçənci yerdə olmağımız hələ ki, bizi narahat etmir. Yeni komandayıq. Oyunçular arasında abu-hava çox yaxşıdır. Hər biri qələbə üçün çox istəklidir. Çalışırıq ki, hər oyun təcrübə qazanaq.

- Premyer Liqaya yeni qayıdan komanda ilə çalışmaq sizdə çətinlik yaratmır ki?

- Xeyr, çətinlik çəkmirəm. Mən hansı komandaya gəldiyimi yaxşı bilirdim. "Şamaxı" ötən mövsüm birinci liqa qalibi olub və çempionatda çıxış edib. Premyer Liqa təcrübəsi var. Bilirik ki, çətin yola çıxmışıq. Hər bir vəziyyətə hazır idik. Buna da hazırıq. Amma ilk gündən buna hər kəs inanıb və yola çıxmışıq. İnanıram ki, istədiyimiz nəticəni əldə edəcəyik.

- VII turda "Kəpəz"lə qarşılaşacaqsınız. Matçdan gözləntiləriniz?

- "Kəpəz"lə oyun ağır olur. Bizim üçün hər oyun çətindir. Bilirsiniz ki, Gəncə təmsilçisinə yeni məşqçi gəlib. Həmçinin, oyunçuların əksəriyyəti təzədir. Onların çoxu bizimlə oyunda iştirak edəcəklər. Səfərdə oynayırıq. Bunların hamısı vacib amildir. Bundan da ağır oyunlar olacaq. Hər şeyə hazır olmalıyıq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.