"Bavariya"nın ulduzu Camal Musiala Avropa nəhənglərinin transfer siyahısındadır.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Məlumata görə, "Real Madrid", "Barselona", "Mançester Siti" və "Arsenal" klubları gələn yay "transfer pəncərəsi"ndə 21 yaşlı hücumameyilli yarımmüdafiəçi uğrundan mübarizə apacaq.
Bildirilir ki, Münhen təmsilçisi alman ulduzu satmaq istəmir. Klub futbolçu ilə müqavilənin müddətini artırmağı planlaşdırır.
Onun hazırkı klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, Transfermarkt portalı Camal Musialanın transfer qiymətini 130 milyon avro qiymətləndirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun