İdman

Ançelotti: "Real" karyeramdakı sonuncu klubdur"

2 Avqust 2024 19:57
Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək olan mütəxəssis karyerasını "Real"da başa vurmaq istədiyini deyib:

"Düşünürəm ki, "Real" mənim karyeramdakı son klubum olacaq.

Milli komanda fikrini heç sevmirəm. Çünki bu, ən çox həzz aldığım şeyi - gündəlik işimi itirməyimə səbəb olar. Mən etdiyim işi həqiqətən sevirəm. Bu, mənim məşqçi kimi 29-cu mövsümdür. Doğrudur, çox qazandım, amma təsəvvür edin ki, nə qədər titul itirmişəm".

Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2013-2015-ci illərdə "Real"a rəhbərlik edib. 2021-ci ildə Ançelotti Madrid klubuna qayıdıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory