İdman

Futbol tarixinin ən yaxşı qapıçılarının siyahısı açıqlandı

19 İyul 2024 15:28
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"FourFourTwo" nəşri futbol tarixinin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, siyahıda 32 qolkiperin adı yer alıb.

İlk pillədə Moskva "Dinamo"sunun və SSRİ yığmasının əfsanəsi Lev Yaşin qərarlaşıb.

O, olimpiya və beşqat SSRİ çempionu, həmçinin SSRİ kubokunun üçqat qalibi olub. Yaşin futbol tarixində qapıçılar arasında "Qızıl top"un yeganə qalibidir. O, 1963-cü ildə bu mükafata layiq görülüb.

Futbol tarixinin ən yaxşı 10 qapıçısı:
1. Lev Yaşin (SSRİ)
2. Manuel Noyer (Almaniya)
3. Qordon Benks (İngiltərə)
4. İker Kasilyas (İspaniya)
5. Rikardo Zamora (İspaniya)
6. Zepp Mayer (Almaniya)
7. Canluici Buffon (İtaliya)
8. Petr Çex (Çexiya)
9. Peter Şmeyxel (Danimarka)
10. Dino Zoff (İtaliya)

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.